Açıqlamada qeyd olunub ki, sözügedən reytinq artımı ölkənin güclü xarici balansını, davam edən cari və fiskal profisitlərini, azalan xarici valyuta kövrəkliyini, dövlət borcunun aşağı olmasını və pul siyasətinin təkmilləşdirilməsini əks etdirir.
Həmçinin açıqlamada bu ilin ilk yarısında ölkədə illik inflyasiyanın Mərkəzi Bankın 4 faiz hədəfinin altında qaldığı, bu il inflyasiyanın orta hesabla 3,5 faiz olacağı gözlənildiyi bildirilib.
www.anews.az