EN

ABŞ Konqresinin ermənipərəst üzvü yenə Azərbaycanı hədələdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Dina Titus növbəti dəfə erməniləri müdafiə edən bəyanatla çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, Azərbaycana qarşı sankisayalr tətbiq etməyə çağırıb.

Amerikalı siyasətçi qondarma “artsax rəhbərləri”nin Bakıda həbsdə saxlanılmasını beynəlxalq hqüuüun pozulması kimi qələmə verməyə çalışıb.

“Konqres Azərbaycana qarşı sanksiyalara yenidən baxılması haqqında qanun qəbul etməlidir”,- Dina Titus deyib.

Qeyd edək ki, Dina Titus ermənipərəst və erməni lobbisinin sifarişlərinin icraçısı kimi tanınıb.

Dina Titus həmin konqresmendir ki, bir müddət əvvəl Azərbaycanın əksəriyyəti hərbçilər olan 40 nəfər yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edilməsi təşəbbüsü irəli sürmüşdü. Həmin qondarma siyahıya Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Hikmət Mirzəyevin adını da salmışdılar.

Chosen
82
5
bakivaxti.az

10Sources