EN

Mirzoyan Türkiyədə “3+3” formatında keçiriləcək görüşə gedəcək?

İrəvan xarici işlər nazirlərinin Türkiyədə keçiriləcək “3+3” formatında keçiriləcək görüşündə iştirakla bağlı hələ qərar verməyib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi yerli KİV-in sorğusuna cavabında bildirib. 

"“3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək", - Ermənistan XİN qeyd edib. 

Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, “3+3” formatında xarici işlər nazirlərinin növbəti görüşü yaxın vaxtlarda Türkiyədə keçiriləcək.

Ağarza Elçinoğlu  

Chosen
80
14
unikal.az

10Sources