EN

Taksi sürücüləri bu cərimələrdən narazıdır – Video

Həm avtobus zolağına girənlər, həm də dayanma-durma qaydasını pozan sürücüləri cərimə gözləyir.Elchi.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan şəxslər isə bu vəziyyətdən şikayətçi olduqlarını bildiriblər.Nəqliyyat ekspertlərinin sözlərinə görə, taksilər də ictimai nəqliyyat hesab edildiyindən bu zolaqlardan istifadə etməlidir.Məsələ ilə bağlı Dövlət Yol Polis İdarəsindən bildirilib ki, sürücü 1.5 nişanlanma xətti olan ərazidən istifadə edərək sərnişini mindirib-düşürə bilər.Qeyd edək ki, avtobus zolağına girən sürücülər 100 manat, dayanma-durma qaydasını pozanlar isə 40 manat cərimə olunur.Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Chosen
55
27
elchi.az

10Sources