EN

"Makron uşaqları öldürən lideri hərarətlə qucaqladı" - Fransalı müxalifətçi

Fransada müxalifətdən olan deputat Aymerik Karon prezident Emmanuel Makronun İsrail prezidenti İsaak Hersoqla paytaxt Parisdə görüşməsini sərt tənqid edib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, deputat “Prezident Makron ordusu hazırda Qəzzada soyqırım törədən və hər gün uşaqları öldürən bir ölkənin prezidentini hərarətlə qucaqlamağı seçdi”-deyib.

Onun sözlərinə görə, İsrailin hücumlarının davam etdiyi Qəzzada 9 ayda rəsmi məlumatlara görə, 15 min uşaq ölüb, on minlərlə uşaq ağır yaralanıb.

Qəzzaya hücumlarını davam etdirən İsrailin Parisdə keçirilən Olimpiya Oyunlarından iştirakının qarşısını almaq üçün şəhərin müxtəlif yerlərində aylardır nümayişlər keçirilir.

Digər tərəfdən, müxalifət deputatları, o cümlədən Karon və Mathilde Panot İsrail idmançılarını Rusiya və Belarus idmançıları kimi neytral statusla yarışlarda iştirak etməyə çağırıb.
Vasif
BakuPost
Chosen
5
bakupost.az

1Sources