Müğənni Kamilə Nəbiyeva toy tarixini açıqlayıb.
KONKRET.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, toyu oktyabrda gerçəkləşəcək.
Aparıcı Aytəkin Mərdanovanın “Oktyabrın 1-də İsmayıllıda toydur” sözlərinə Kamilə “Allah bütün xanımları xoşbəxt etsin. Bu haqda danışmaq istəmirəm. Toy oktyabrda planlaşdırılıb” cavabını verib.
Xanəndə Kamilə Babayevanın da toy tarixi bəlli olub.
Sənətçinin iki məclisi olacaq. Oktyabrın 1-i İsmayıllıda, 7-i isə Bakıda toyu baş tutacaq.