EN

Selin Dionun Paris Olimpiadasında səhnəyə möhtəşəm qayıdışı

Rigid person sindromu səbəbindən çətin günlər keçirən Selin Dion uzun fasilədən sonra Paris Olimpiadasının açılış mərasimində möhtəşəm səhnə performansı göstərib.

Publika.az xəbər verir ki, 56 yaşlı müğənni Olimpiya məşəli alovlanandan dərhal sonra Edit Piafın “L'Hymne à l'amour” mahnısını ifa edib. Mərasim iştirakçıları Selin Dionunun möhtəşəm və təkrarsız ifasını fasiləsiz alqışlayıblar.

Qeyd edək ki, Selin Dion sonuncu dəfə 2020-ci ilin martında Nyu Cersidə canlı çıxış edib.

Müğənni illərdir ki, tez-tez əzələ sərtliyinə və ağrılı spazmlara səbəb olan nadir və müalicəsi mümkün olmayan nevroloji xəstəlikdən əziyyət çəkir.

Chosen
42
publika.az

1Sources