EN

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib: "Onlardan 1141 nəfərinin namizədliyi təsdiqlənib, 1092 nəfərinə imza vərəqələri verilib".

M.Pənahov bildirib ki, deputatlığa namizədliyi irəli sürülən 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

**

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına dair tələblərin təsdiqlənməsi zamanı məlumat verib.

Bildirilib ki, seçki bülletenlərində namizədlərin ad və soyadları əlifba sırası ilə yerləşdiriləcək: "Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir".

Qərar səsverməyə qoyularaq qəbul edilib.

Chosen
189
23
korrespondent.az

10Sources