Maşınla gənc ailəni və 7 yaşlı uşağı qətlə yetirən erməni Gürcüstana qaçıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Axtarış zamanı onun avtomobilindən narkotik aşkar edilib.
İyulun 26-na keçən gecə 41 yaşlı Armen Tonoyan Gümrü-Vanadzor avtomobil yolunun Cacur kəndi yaxınlığından keçən hissəsində qarşıdan gələn zolağa çıxıb və digər avtomobilə çırpılıb. Napoleon Mkrtçyan, arvadı Nazeni Şmoyan və onların oğlu 7 yaşlı David Mkrtçyan hadisə yerində ölüblər.
Bu gün Şirak rayon polis şöbəsinə Tonoyanın ölkədən qaçaraq Gürcüstan sərhədini keçməsi barədə məlumat daxil olub.
Ağarza Elçinoğlu