EN

Ermənistan xarici işlər nazirlərinin növbəti "3+3" platformasında iştirakla bağlı hələlik qərar verməyib

Tbilisi, 27 iyul, AZƏRTAC

Ermənistan hökuməti region ölkələrinin xarici işlər nazirlərinin “3+3” formatında Türkiyədə keçiriləcək görüşündə iştirakla bağlı hələlik qərar verməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə erməni mətbuatı Ermənistan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilir ki, bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşünün yaxın vaxtlarda Türkiyədə keçiriləcəyini deyib.

Ermənistan XİN-dən verilən məlumata görə, əgər “3+3” regional platformasının üçüncü iclasında Ermənistanın mümkün iştirakı ilə bağlı konkret razılaşmalar olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

 
Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
123
8
azertag.az

10Sources