18 yaşadək qız və oğlan basketbol millilərimizin Avropa çempionatının (EuroBasket) C divizionunun finaldakı rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, meydan sahibi Albaniyanı yenərək həlledici matça vəsiqə qazanan qız millimiz bu gün Bakı vaxtı ilə saat 21:30-da meydan sahibi Kosovo ilə qarşılaşacaq.
Oğlanların finaldakı rəqibi isə Lüksemburq olacaq. Bu görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.