EN

Mikel Arteta: “114 xal toplasaq, çempionluğu mütləq qazanacağıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”a “Mançester Siti”ni geridə qoyub İngiltərə çempionu olmaq üçün nə gərək olduğunu açıqlayıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“114 xal toplamaq! Buna nail olsaq, çempionluğu mütləq qazanacağıq. Məqsəd hər oyunda qalib gəlmək və Premyer Liqanın qalibi olmaq hüququ qazanmaqdır”, deyə Arteta vurğulayıb.

Xatırladaq ki, Mikel Artetanın “topular”ı son iki mövsümdə Xosep Qvardiolanın “Mançester Siti”si ilə mövsüm boyu gərgin çempionluq mübarizəsi aparsalar da, hər iki halda qəniməti əldən veriblər.
“Mançester Siti” 2022/2023-cü illər mövsümündə 89 xal, 2023/2024-cü illər mövsümündə isə 91 xal toplayaraq, müvafaiq olaraq mövsümə 84 və 89 xal toplamış “Arsenal”ı üstələyib çempion olub.

Bununla “Mançester Siti” ardıcıl 4-cü dəfə İngiltərə Premyer Liqasını qazanmış olub ki, bu da mütləq rekorddur.

Chosen
55
arena.az

1Sources