“Eurofighter”in baş direktoru Cankarlo Mezzanatto (Giancarlo Mezzanatto) Türkiyənin “Eurofighter” ilə maraqlandığını və satışın Almaniya tərəfindən əngəlləndiyini açıqlayıb. Cankarlo Mezzanatto bu sözləri İngiltərədə keçirilən Farnboro Beynəlxalq Hava Sərgisində (FIA) jurnalistlərlə görüşündə deyib.
“Euronews”da yer alan xəbərə görə, Mezzanatto 2023-cü ilin iyun ayında təyin etdiyi “150-200 təyyarə satışı” hədəfinin hələ də arxasında olduğunu və bu günə qədər 69 sifariş almasına baxmayaraq müəyyən edilmiş rəqəmə çatacaqlarını bildirib. O, həmçinin Türkiyənin “Eurofighter” ilə maraqlandığını və satışın Almaniya tərəfindən bloklandığını açıqlayıb.
Böyük Britaniya, Almaniya, İspaniya və İtaliyanın təsis etdiyi çoxmillətli konsorsium sonuncu dəfə 2023-cü ilin sentyabrında Madridə 25, Berlinə 20 və Romaya 24 təyyarə satıb.
***
O vaxtdan etibarən potensial alıcılardan biri də “F-35” proqramından çıxarılan Türkiyə idi. Mezzanatto Ankaranın 40-50 təyyarə almaq istədiyini, lakin bu cəhdlərin Almaniya tərəfindən əngəlləndiyini bildirib.
İtaliyalı baş direktor Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz kəşfiyyatı çərçivəsində həyata keçirdiyi qazma işləri səbəbindən belə bir tıxanmanın yarana biləcəyini vurğulayıb.
Nəhayət, Almaniyanın Səudiyyə Ərəbistanına tətbiq etdiyi embarqonu aradan qaldırması ilə 48 təyyarənin satışı ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunduğunu, Polşanın isə 32 döyüş təyyarəsinə ehtiyacı olduğunu açıqlayıb.
1 may 2023-cü ildə baş direktor vəzifəsinə təyin olunan Cankarlo Mezzanatto, “güclü satış uğurları” və “hədəflər”in arxasında “Eurofighter”ın bir çox fərqli ssenaridə və əməliyyatda istifadə edilə biləcəyini”, “qabiliyyət inkişaf planlarına sahib olduqlarını və müştəri etibarını ön planda tutduqlarını deyib. Daha çox “siyasi” olsa da “indiki geosiyasi ssenaridə olsa da, əsas dövlətlərin müdafiə sənayesini saxlamaq öhdəliyi var” deyib.
İlk uçuşunu 27 mart 1994-cü ildə edən “Eurofighter”, təyyarəni istehsal edən konsorsium üzvləri ilə yanaşı, Avstriya, Küveyt, Oman, Qətər və Səudiyyə Ərəbistanı tərəfindən də istifadə olunur.
***
Türkiyə ballistik raket təhdidinə cavab olaraq ABŞ-ın “Patriot tələbinə müsbət cavab verməməsi”ndən sonra 2019-cu ildə Rusiyaya 2 milyard 500 milyon dollar ödəyərək iki “S-400” zenit-raket kompleksi batareyası alıb.
40 kilometrdən 400 kilometrə qədər geniş hədəfləri vura bilən “S-400”lər döyüş, radar aşkarlayan və idarə edən, kəşfiyyat, strateji və taktiki təyyarələrdə, taktiki əməliyyat, taktiki ballistik, orta mənzilli ballistik raketlər və hipersəs hədəflərin vurulmasında istifadə olunur.
Lakin bu silah ticarəti Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) daxilində və “F-35” istehsal proqramında iştirak edən ölkələr arasında bəzi “təhlükəsizlik narahatlığına” səbəb olub. Nəticədə 17 iyul 2019-cu ildə Türkiyənin “F-35” Birgə Hücum Qırıcı Proqramından çıxarıldığı açıqlandı.