Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub, mərkəzi küçələrdə yağış suları qalıb.Səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub. Şəhərin əsas mərkəzi küçələri, eləcə də 2 və 3 saylı məktəblərinə gedən yollar, bazar küçələri sel suları ilə dolub.Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb. Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.Eltun Məmmədov
Diqqət Çəkənlər
İsrail Livanı bombaladı
Nikkei: ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yarada bilər
Ağsuda yol qəzası olub, xəsarət alan var