EN

Ruslar Donetsk vilayətində surətlə irəliləyiblər - “DeepState“

Rusiya ordusu Donetsk vilayətində cəbhənin bir neçə sektorunda irəliləməyi bacarıb.

News365.azxəbər verir ki, bu barədə DeepState analitikləri məlumat yayıblar. Onların məlumatlarına görə, ruslar Veseli, Krasnoqorovka, Jelanno və Novoaleksandrovka yaxınlığında mövqelərini irəli çəkiblər.

Dünən isə Rusiya hərbi qüvvələri cəbhənin bir neçə sektorunda irəliləyiblər. "Onlar xüsusilə Donetsk vilayətinin Vodyanoye yaxınlığında yeni ərazilər tutublar",- məlumatda qeyd edilib.

Bildirilib ki, Rusiya hərqbi qüvvələri digər yaşayış məntəqələrində də uğurlar qazanıblar: "Düşmən Vodyanoy, Umanski, Novoselovka birinci,yaxınlığında irəliləyib", - mesajda deyilir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

News365.az


Chosen
33
news365.az

1Sources