EN

Ferdi Kadıoğlu üçün rekord məbləğ təklif edildi

 Transfer çalışmaları davam edən Fənərbaxçada komandanın ulduzu Ferdi Kadıoğlunun talibləri günü-gündən artır.    Manşet.az xarici mediaya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu AVRO-2024-də ən çox qol şansı yaradan adlar sırasında olmaqla böyük uğura imza atıb. Transfer dövrünün ulduzuna çevrilən Ferdi Kadıoğlunun talibləri günü-gündən artmaqda davam edir. Premyer Liqa təmsilçisi "Brighton"un əvvəlki 27 milyon avroluq təklifi qəbul edilməmişdi. Bu dəfə isə "Brighton" komandası milli oyunçu üçün təklifini 33 milyon avroya yüksəldib. Rəhbərliyin hər fürsətdə Ferdini satmayacaqlarını açıqlaması futbolçunun taliblərinin masaya daha baha qiymət qoymasına səbəb olur. Qeyd edək ki, Ferdi Kadıoğlu keçən mövsüm "Fənərbaxça" da 51 matça çıxıb . Milli futbolçu matçlarda 4324 dəqiqə meydanda olub və 3 qol vurub, 5 məhsuldar ötürmə edib.   Fidan Əliyeva

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
manset.az

1Sources