EN

Azərbaycanda orta illik inflyasiya proqnozu 2 dəfə azaldılıb

Bu il Azərbaycanda orta illik inflyasiya 2,7 % səviyyəsində proqnozlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

"İlkin proqnoz 5,3 % səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma ilə inflyasiya proqnozu 2,7 %-ə qədər azaldılıb", - arayışda deyilir.

2024-cü ilin yanvar-iyun aylarında inflyasiya tempi azalmaqda davam edib, orta illik inflyasiya 0,7 % səviyyəsində qərarlaşıb. Hesabat dövründə orta illik ərzaq qiymətlərində 0,6 %-lik deflyasiya qeydə alınıb, qeyri-ərzaq inflyasiyası 1,2 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə inflyasiya isə 2,4 % olub. İllik inflyasiya (2024-cü ilin iyun ayı 2023-cü ilin iyun ayına nisbətən) isə 1,1 % təşkil edib.

Chosen
140
10
operativmedia.az

10Sources