1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"1 il 2 aydır kirayədə qalıram. Pandemiya zamanı evimi satdım. İpotekada idi, ödəyə bilmədim".
Oxu.Az xəbər verir ki, bu sözləri "Kanal S"də yayımlanan verilişlərin birində Əməkdar artist Firuzə İbadova deyib.
"Anam dünyasını dəyişdi. Ona 60 gün yas verdim. Bahalı evdə qalıram, amma 500 manat alırlar. Çətinliklə ödəyirəm. Toya çox getmirəm. Qızım Kanadada yaşayırdı. Orada yaşaya bilmədi, qayıtdı Bakıya, amma həyat yoldaşı gəlmədi. Zinət əşyalarım var idi, satıb müəyyən xərclərimizi ödəyirik. Nəvəmin atası onun oxumağına kömək edir. Mən də pensiya və fəxri ada görə təqaüd alıram".