Paris-2024 Olimpiya oyunları tarixdə qara ləkə olaraq qalacaq: “Əsas mesaj LGBT-nin reklamı idi” — AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və yutub kanalından silinib. Buna səbəb Paris-2024 Olimpiya Oyunlarının açılışında Leonardo da Vinçinin məşhur “Sonuncu şam yeməyi” tablosunun parodiyası, səhnədə İsa və tərəfdarlarının LGBT fərdləri kimi təsvir olunması olub. Belə ki, Vatikan başda olmaqla xristian icması təşkilatçıları dindarlara hörmətsizlikdə ittiham edib.
Bəs, Fransa belə bir mühüm tədbirdə dünyaya hansı mesajı vermək istəyirdi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılışı Fransanın əsl mahiyyətini bütün dünyaya göstərdi.
Hacıbəy Heydərli qeyd edib ki, açılış mərasimində əsas məqsəd və mesaj LGBT-nin təşkilatının reklamı idi:
“Olimpiya Oyunları dünyanın ən məşhur idman yarışıdır. Fransa illərlə iztirab çəkdirdiyi xalqlara göstərdiyi münasibəti Paris 2024-ün açılışında bütün dünyaya nümayiş etdirmiş oldu. Fransa tarixdə hər zaman müsəlmanlara qarşı soyqırım törədən bir ölkə kimi tanınıb. Amma bunlar mahiyyətlərini o qədər aşıblar ki, açılış mərasimində artıq xristian dünyasını da, hətta İsa peyğəmbəri də təhqir etdilər.
Bu, təsadüf ola bilməz. Çünki Olimpiya oyunlarının təyinatı və harada keçiriləcəyi ilə bağlı 10-12 ildən əvvəldən ölkələrə lisenziya verilir. Demək ki, Fransa da illər ərzində açılışa bu cür hazırlaşıb. Bu formada dünyaya özlərinin vandallığını, təkcə müsəlmanlara qarşı deyil, həm də xristianlara qarşı olan aqressiyalarını göstərdilər.
Olimpiya oyunlarını rəsmi səhifəsinin bu videonu silməsi heç də təadüfi deyil. Onlar da əslində, Fransanın bu addımını gözləməyiblər. Amma belə bir addım atılandan sonra Beynəlxalq Olimpiya Komitəsinin bu videonu silməsi və daha sonra Fransanın da üzrxahlıq etməsi hər şeyi sübut edir.
Fransa əlində imkan olsa, təkcə müsəlmanları deyil, hər kəsi əzməyə hazır olan vandal bir ölkədir. Paris-2024 Olimpiya oyunları tarixində qara bir ləkə olaraq qalacaq. Çünki Olimpiya oyunları insanları sülhə çağıran bir oyundur. Hətta, İkinci Dünya müharibəsində belə Olimpiya oyunları olanda hər zaman müharibələr dayanırdı, ölkələr bir-birinə qarşı aqressiyaları dayandırırdı.
Orada elə idmançılar vardı ki, xüsusən, Əlcəzairdən olan idmançılar hicabla yarışlara qatılmalı idilər. Amma Fransa buna qadağa qoymuşdu. Orda əsas LGBT təşkilatının reklamını gördüm. Onsuz Fransa da bu, həyat tərzinə çevrilib. Hətta azyaşlı uşaqları LGBT üzvü kimi dünyaya göstərdilər. Bu, artıq birbaşa insan haqlarının pozulmasıdır. Azyaşlı uşaqları bu formada göstərmək bir növ artıq təbliğatın ən çirkin yolunu seçməkdir.
Xristian dünyasının bu formada təhqir olunması Fransanın öz imperialist fikirlərini yaymaq, bəlkə də xristian dövlətlərini də əzmək istəyindən irəli gəlir. Xristian dinində də əslində cinsi azlıqlar hər zaman qınanılır. Belə olan halda Fransanın bu addımı atması həm LGBT-nin dəstəyini almaq, eyni zamanda, dünyada özü üçün yeni bir dırnaqarası dəyərlər ortaya qoymaq istəyindən doğur.
Əfsanə Rəcəb
Demokrat.az