EN

Ukrayna Kurskda dörd elektrik yarımstansiyasını vurduğunu bildirib


“Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsi Kursk vilayətində dartma elektrik yarımstansiyalarını vurub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Departamentin sosial şəbəkələrində yaydığı mesajda bunun “bu yaxınlarda” baş verdiyi deyilir, lakin dəqiq tarix göstərilmir:
“Düşmənin hava hücumundan müdafiə sistemləri sahəsində işlər və ən azı dörd yarımstansiyanın ərazilərində partlayışlar barədə məlumat var. Nəticədə Kursk vilayətinin Ponırovski, Kursk və Solntsevski rayonlarında elektrik enerjisinin verilişində fasilələr qeydə alınır”.
Ukrayna ordusunun nümayəndələri müharibəyə çalışan Rusiya sənayesini özlərinin qanuni hədəfi hesab etdiklərini bildiriblər. Baş Qərargah əlavə edib ki, bu qurğular Ukraynadakı Rusiya ordusuna dəstək üçün silah və texnika daşıyan Rusiya dəmir yolunun fəaliyyətini təmin edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
50
yeniavaz.com

10Sources