2002-ci ildən etibarən “Financial Chain Corporation” 15 ölkədə ardıcıl fəaliyyət göstərən və idmanın inkişafına daim dəstək verən qlobal konsaltinq şirkətidir. Bu, təkcə sözdə deyil, əməldə də belədir.
Ölkədəki bir çox nüfuzlu idman tədbirlərinə sponsorluq edən FCHAIN həm gənc və istedadlı gimnast Züleyxa Şabanovanın rəsmi sponsoru, həm də “Pro Sport Club”un sponsorudur.
Qeyd edək ki, “Financial Chain Corporation” Züleyxa Şabanova ilə rəsmi sponsorluq müqaviləsi bağlayıb. Müqaviləyə əsasən, şirkət rəsmi sponsor olaraq gənc gimnastı idman formaları, ləvazimatları, aksessuarları, suvenirlər, lazım gəldikdə isə maliyyə vəsaiti ilə təmin edir. Eyni zamanda, gimnastın müxtəlif ölkələrdə keçirilən turnirlərdə və idman tədbirlərində iştirak edə bilməsi üçün nəqliyyat və yaşayış xərclərini, tibbi sığortanı da FCHAIN öz üzərinə götürüb. Bu isə Züleyxanın idman fəaliyyətinin həm ölkəmizdə, həm də xaricdə tanınmasına və inkişafına töhfə verəcək.
“Financial Chain Corporation” ölkəmizdə idmanın inkişafına həmişə dəstək olub və gələcəkdə də olacaq. Bir çox mötəbər idman tədbirlərində bizimlə əməkdaşlığa şərait yaradan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, eləcə də Azərbaycan Atletika Federasiyasına dərin minnətdarlığımızı bildiririk. FCHAIN istedadlı yeniyetmələrin və gənclərin uğurlu gələcəyinə inanır və onları dəstəkləyir. Bunun üçün Züleyxa Şabanova ilə rəsmi sponsorluq müqaviləmiz var. Bizim şüarımız “Daha Yaxşı Gələcək”dir və biz gələcək nəslin xoşbəxt, sağlam və uğurlu həyatına töhfə vermək imkanımızdan məmnunuq”, - deyə “Financial Chain Corporation”ın idarəedici tərəfdaşı Zaur Qədirov bildirib.