EN

Paşinyan Pezeşkianla görüşdü: İran prezidenti ona nə deyib?

Ermənistanın baş naziri Nikol Paşinyan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Pezeşkian qeyd edib ki, o, dost Ermənistanla siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin ardıcıl inkişafına önəm verir.

"Xalqlarımızın çoxəsrlik dostluğu, sıx tarixi və mədəni əlaqələri ikitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişafı üçün əsasdır. Biz dialoqumuzu birgə davam etdirməyə və ikitərəfli qarşılıqlı fəaliyyətin gündəliyini zənginləşdirməyə hazırıq", - Pezeşkian bildirib.

İran prezidenti regionda sülh və sabitliyin bərqərar olması üçün ardıcıl səylərin vacibliyini qeyd edib. O, regionda sülhün qorunmasının Tehran üçün əsas əhəmiyyət kəsb etdiyini qeyd edərək əlavə edib ki, İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri hesab edir.

Paşinyan bir daha Pezeşkianı seçilməsi münasibətilə təbrik edib və qeyd edib ki, İranla əlaqələrin çoxşaxəli inkişafı Ermənistan üçün vacibdir, bu, qarşılıqlı hörmət və anlaşmaya əsaslanır.

Chosen
157
36
publika.az

10Sources