EN

Parlament seçkilərində MDB missiyasına o rəhbərlik edəcək

MDB baş katibinin birinci müavini Leonid Anfimov sentyabrın 1-də Azərbaycanın Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Birlikdən olan müşahidəçilər missiyasına rəhbərlik edəcək. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

İcraiyyə Komitəsindən bildirilib ki, MDB dövlətlərinin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının çərşənbə axşamı keçirilən iclasının qərarı ilə Anfimovun namizədliyi təsdiq edilib. 

"MDB Müşahidəçilər Missiyasının işi şəffaflıq, neytrallıq və seçki prosesinə, dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanacaq", - İcraiyyə Komitəsindən qeyd edilib. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
12
bizim.media

10Sources