"Lion"un müdafiəçisi Ceyk O'Brayen karyerasını "Everton"da davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Everton" klubu 23 yaşlı futbolçu ilə uzunmüddətli müqavilə bağlayıb. Mətbuatın iddiasına görə, irlandiyalı futbolçunun transferi "şirniyyatçılar"a 20 milyon avroya başa gəlib.
O'Brayen Fransa klubu ilə ötən mövsüm 27 matça çıxış, dörd dəqiq zərbə və iki məhsuldar ötürmə ilə yadda qalıb.