Bakı, 30 iyul, AZƏRTAC
Türkiyənin “Fənərbağça” komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi səfərdə 4:3 hesabı ilə qalib gəldiyi İsveçrənin “Luqano” komandasını doğma meydanda qəbul edib.
Qarşılaşma "sarı-lacivərdlər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Joze Mourinyonun komandası növbəti mərhələyə vəsiqəni təmin edib.
"Fənərbağça" III raundda Fransanın “Lill” kollektivi ilə üz-üzə gələcək.