EN

Ukraynanın Azərbaycandakı səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

Ukraynanın

Bakı, 31 iyul, AZƏRTAC

Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Yuri Qusev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
101
16
azertag.az

10Sources