Köpək balığı peşəkar sörfçüyə hücum edərək ayağını qopardı
Avstraliyanın Port Macquarie şəhərində peşəkar sörfçü Kay McKenzie köpək balığının hücumuna məruz qalıb.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı gənc sörfçü nəticədə ayağını itirib.
İyulun 23-də baş verən hadisədə ağ köpəkbalığının dişləməsi ilə kəsilən ayaqla sahilə çıxıb. Vəzifədənkənar polis məmuru ilk tibbi yardım göstərib. McKenzie sosial şəbəkədə qorxusunu paylaşıb və dəstəyə görə təşəkkür edib.