EN

Osman Sınavdan Oktay Kaynarcaya TƏKLİF

Türkiyəli məşhur rejissor Osman Sınavın yeni mövsüm üçün hazırladığı “Kör Nokta” serialı üçün hazırlıqlar davam etdirilir.

“Cebheinfo.az” xəbər verir ki, sentyabrda “ATV”-də yayımlanmağa başlayacaq serialla bağlı sürpriz bir iddia yayılıb.

Belə ki, Osman Sınavın məşhur aktyor Oktay Kaynarcaya təklif verdiyi deyilir. Ona ekran işində kriminal avtoritet rolunun təklif olunduğu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Lakin Oktay Kaynarcanın bu təklifi qəbul etməsi gözlənilmir. O, bir neçə gün öncə Bergüzar Korelin baş rolda oynayacağı “Annem, Ankara” serialında çəkilməyi də rədd edib.

Chosen
43
cebheinfo.az

1Sources