EN

İranın təhlükəsizlik strukturlarında deqradasiyaya baş verib- ÖZƏL

"İsrailin  Tehranda İsmayıl Haniyəni qaldığı evdə PUA və yaxud raketlə vurması, birbaşa Tehranın suverenliyini və təhlükəsizliyini təhdid etdi. Bu, İsrailin İrana müharibə elanidir. Tehranın dəvət etdiyi ali qonağa qarşı hücum şərqdə yaxşı qarşılanmır". "Olaylar" xəbər verir ki, bunu MCP Başqan müavini Məhəmməd Əsədullazadə deyib: "İsrail İranın havadan müdafiə sistemlərini yarmaqla,  ali qonağın iqamətgahına zərbə endirib. Görünür, İranın hava müdafiə sistemlərinə kiber müdaxilə edilməklə sistem yararsız hala gətirilib. Belə bir zərbələr İranın prezident sarayına və Ali dini rəhbərin iqamətgahına endirilə bilər. 
Göründüyü kimi, İranın fəxr etdiyi güclü təhlükəsizlik sistemi və havadan müdafiə imkanları çox zəifdir. Təbii ki, İsrail ABŞ razılığı olmadan belə bir əməliyyat keçirdi bilməzdi.Belə bir əməliyyat Hizbullah lideri Həsən Nəsrullahin aradan götürülməsi istiqamətində keçirilməsi istisna deyil. İsrailin bu əməliyyatı İranın təhlükəsizlik orqanlarında boşluğun və agentura şəbəkəsinə malik olduğunu göstərir. Bununla, İranın hakimiyyət sisteminə və təhlükəsizliyinə nəzarət edən SEPAH nüfuzuna ciddi zərbələr dəyəcək. Prezidentin SEPAH və təhlükəsizlik orqanları işinə müdaxilə edə bilməməsi, bu qurumun özünü düzəltmək kimi islahatlara getməsi gözlənilmir. Artıq siyasi hakimiyyətdə güc strukturlarına  inamsızlıq sindiromu yaranacaq.
İranın yeni prezidenti  çətin sınaqlarla üz-üzədir. Bir tərəfdən ölkənin təhlükəsizlik strukturlarında deqradasiyaya baş verib. Həmçinin İsraillə münasibətlər hərbi müstəviyə keçib. İsrailin Livanda Hizbullaha qarşı hərbi əməliyyatlari İsrail-İran müharibəsinin fitilini çəkə bilər. Prezident M. Pezeşkian ilk gündən çətin siyasi karyerası ilə üzləşib. İranla İsrail arasında baş verəcək hər hansı bir qarşıdurmada Azərbaycan öz neytral mövqeyini davam etdirəcək".
Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
81
olaylar.az

1Sources