ABŞ-ın keçmiş lideri Donald Tramp demokratların prezidentliyə namizədi olan hazırkı vitse-prezident Kamala Harrisə yeddi ısas ştatdan dördündə uduzur.
Modern.az xəbər verir ki, bunu Bloomberg və Morning Consult-un keçirdiyi sorğunun nəticələri sübut edib.
Harris Arizona (49% - 47%), Viskonsin (50% - 47%), Miçiqan (53% - 42%), Nevada (47% - 45%) ştatlarında Tramp üzərində üstünlüyə malikdir. Corciya ştatında prezidentliyə iddialılar eyni səviyyədə dəstək alıblar (47%). Tramp yalnız Pensilvaniya (50%-46%) və Şimali Karolinada (50%-46%) Harrisdən üstündür.
Ümumilikdə, Harris Trampı 1 faizlə qabaqlayır: 48% - 47%.
İyulun əvvəlində Bloomberg-in keçirdiyi və dərc etdiyi eyni sorğuda ABŞ prezidenti Co Bayden Trampa 2 faiz bəndi uduzub (47%-45%).