EN

Kamala Harrisin teytinqi sürətlə artır: Bir sıra ştatlarda o, Donald Trampı üstünlükdən məhrum edib.

“Bloomberg” üçün keçirilən “Morning Consult” sorğusunun nəticələrinə görə, Kamala Harris Donald Trampı bir sıra ştatlarda üstünlükdən məhrum edib.

Kamala Harrisi yeddi ştatda seçicilərin 48%-i, Donald Trampı isə 47%-i dəstəkləyib. O, Arizona, Corciya, Miçiqan, Nevada ştatlarında liderlik edir. Donald Tramp Pensilvaniya (xanım Harris üçün 46%-ə qarşı 50%) və Şimali Karolina (50%-ə qarşı 46%) ştatlarında daha yüksək dəstəyə malikdir. Sorğunun nəticələri göstərir ki, xanım Harrisin prezident Barak Obamanı Ağ Evə gətirən seçicilərə bənzər bir qrup seçicidən dəstək qazanmaq şansı var.

Amerikalıların üçdə biri ilk növbədə iqtisadiyyatdan narahatdır. Bununla belə, yalnız 29% xanım Harrisin iqtisadiyyatdakı problemləri həll etmək üçün daha bacarıqlı namizəd olduğuna inanır. Donald Tramp immiqrasiya, cinayətlə mübarizə və beynəlxalq siyasət kimi digər məqamlarda rəqibini qabaqlayır. Bununla belə, “Bloomberg”in sorğu məlumatları göstərir ki, Kamala Harrisin reytinqi bir həftə əvvəl 35%-dən 45%-ə yüksəlib. Onun Respublikaçı rəqibinin reytinqi isə 36%-ə düşüb. Agentlik xatırladır ki, sui-qəsd cəhdindən dərhal sonra respondentlərin 40%-i Donald Trampa rəğbət bəsləyib.

//Samir Qurbanov, Editor.az

Chosen
63
1
editor.az

8Sources