"İran HAMAS lideri İsmayıl Haniyənin terror aktı nəticəsində qətlə yetirilməsinə cavab olaraq İsrailə qarşı xüsusi hərbi əməliyyat keçirməyə hazırlaşır".
"Operativ Media" xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi açıqlamasında bildirilib.
Bu arada adı çəkilən ölkənin Qum şəhərindəki məscidin üzərində İranda qisas rəmzi kimi qəbul edilən qırmızı bayraq qaldırılıb.
Qeyd edək ki, sonuncu dəfə analoji aksiya İnqilab Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü münasibətilə keçirilən mərasimdə keçirilib.