Rusiyanın paytaxtı Moskvada təqaüdçü lotereyada təxminən 170 milyon rubl (təxminən 3 milyon 366 min manat) udub.
Bu barədə "RIA Novosti" məlumat yayıb.
Mühəndis Sergey S. "Sportloto" lotereyasının "20-dən 4" növündə iştirak etmək qərarına gəlib.
Qeyd olunur ki, qazanma ehtimalını artırmaq üçün Sergey 1250 rubla (təxminən 25 manat) çoxtirajlı bilet alıb. İmpulsiv xərclərin qarşısını almaq üçün pul mükafatı (25,4 milyon rubl məbləğində vergi çıxılmaqla) ona 180 gün ərzində veriləcək.
O, anonimlik hüququndan istifadə edib və ictimaiyyətə açıqlama verməkdən imtina edib.
Qeyd edək ki, Sergey uduşun bir hissəsini avtomobil almağa, digər hissəsini isə yaxınları arasında bölüşdürməyi planlaşdırır.