EN

Həbsxanada dava düşdü: 3 nəfər öldü, 9 nəfər yaralandı

Həbsxanada baş verən davada 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ABŞ-nin Nevada ştatının \"Ely\" həbsxanasında baş verib.
 
Həbsxana əməkdaşlarının mübahisədən sağ-salamat xilas olduqları bildirilib.
 
Səlahiyyətli şəxslər davanın səbəbi barədə ətraflı məlumat verməyib.
 
Hadisədən sonra Nevada ştatının bütün həbsxanalarında ziyarətlərin müəyyən müddətə ləğv edildiyi açıqlanıb.
 
Nevada ştatının məlumatlarına görə, bu il ştatda həbsxanalarda 21 ölüm, Ely Dövlət Həbsxanasında isə 2 ölüm baş verib. \"Ely\" həbsxanasında 2022-ci ildə qeyri-kafi qida və təhlükəli şəraitə etiraz edən məhbusların aclıq aksiyası baş tutub. 1183 məhbusun yerləşdiyi \"Ely\" Dövlət Həbsxanasında 400 işçi var. 
 
Oksana
Chosen
45
7
azxeber.com

9Sources