Bakupost.az xəbər verir ki, Nigeriyada vəba epidemiyası can almaqda davam edir.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən verilən açıqlamada, 15-21 iyul tarixləri arasında ölkədə 170 vəba hadisəsinin görüldüyü və 3 nəfərin öldüyü bildirilib.
Belə ki, yanvar ayından bu yana ölkədə 4 min 809 nəfər vəbaya yoluxub.
Onlardan 156-sı vəfat edib.
Açıqlamada bildirilib ki, vəba ilə mübarizə çərçivəsində tibbi ləvazimatlar xəstəliyə qarşı mübarizə, infeksiyanın qarşısının alınması və nəzarət üçün ölkə daxilindəki bütün sağlamlıq mərkəzlərinə göndərilib.
İyunun 26-da vəba epidemiyası səbəbilə ölkədə "fövqəladə vəziyyət" elan edilib.
Qida və su ilə keçən vəba xəstəliyi ishala və bununla da orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz su ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və M pox virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.
Elnur
BakuPost