EN

Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 256-ya çatıb

Hindistanın cənubundakı Kerala ştatında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 256 nəfərə çatıb.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə naziri Veena Corc açıqlamasında bildirib.Onun sözlərinə görə, hökumətin əsas diqqət mərkəzində olan məsələlərdən biri ərazidə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaqdır, çünki orada hələ də yağışlar davam edir və cəsədlərin bir hissəsi dağıntılar altındadır.

Nazir qeyd edib ki, tapılan cəsədlərdən genetik nümunələri toplanır və üzərində DNT testləri aparılır. Onun sözlərinə görə, daha 220 nəfər itkin düşüb, xəsarət alanların uçqunlar altından çıxarılması üçün xilasetmə işləri aparılır.

Ştat hökuməti təbii faciədən sonra evsiz qalanları yerləşdirmək üçün yardım düşərgələri qurub. Bu düşərgələrdə 3500-dən çox insan reabilitasiya olunub.

Təbii fəlakət çərşənbə axşamı insanların əksəriyyətinin hələ yuxuda olduğu səhər saatlarında dağlıq Vayanad bölgəsində baş verib. Hindistan ordusunun,Hərbi Hava Qüvvələrinin,Hərbi Dəniz Qüvvələrinin, Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin, fəlakətlərin idarə edilməsi dövlət orqanının, yerli polisin, həkimlərin, tibbi qrupların və digər yerli administrasiya rəsmilərinin minlərlə şəxsi heyəti əməliyyata cəlb edilib.

Zərintac MayisqızıMissiya.Az

Chosen
36
3
missiya.az

4Sources