EN

Monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət qaydası təsdiqlənib

Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, bələdiyyələrə və nizamnamələrinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri- hökumət təşkilatlarına məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyətinə dəstək göstərilməsi tövsiyə edilib.

    Monitorinq və əlaqələndirmə qrupları Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılır. Monitorinq və əlaqələndirmə qrupları ictimai əsaslarla fəaliyyət göstərir. Komitə tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun tərkibinə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Komitənin nümayəndələri daxil edilir. Yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qruplarının (bundan sonra – yerli monitorinq və əlaqələndirmə qrupları) tərkibinə Azərbaycan Respublikası Yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarının, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rayon (şəhər) polis şöbələrinin və tabe rayon (şəhər) prokurorluqlarının nümayəndələri daxil edilir. Monitorinq və əlaqələndirmə qruplarının tərkibinə bələdiyyələrin və nizamnamələrinə əsasən məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.

    Chosen
    46
    11
    bakivaxti.az

    10Sources