EN

Apple-1 kompüterinin fotoları kompüterin özündən daha baha qiymətə satışa çıxarılıb

     RRAction House adlı hərracda Apple şirkətinin əfsanəvi Apple-1 kompüterinin 3 ədəd polaroid fotosu satışa çıxarılıb. Demək olar 50 il bundan öncə çəkilmiş bu fotoların əsas özəllikləri ondadır ki, onlar kompüterin özündən 3 dəfə daha baha qiymətə sahibdirlər. Xəbərin yazıldığı zaman hər 3 fotonun ümumi qiyməti 2148$ təşkil edib. Müqayisə üçün qeyd etmək lazımdır ki, ByteShop adlı elektronika mağazasının sahibi Apple-1 kompüterinin ilk prototipini zamanında 666.66$-a almışdı. Qeyd etmək lazımdır ki, zamanında Steve Jobs elektronika mağazasının sahibinə Apple-1 kompüterinin ilk prototipini məhz bu fotolar vasitəsilə sərgiləyərək onu satmağa çalışmışdı. Nəticədə ByteShop-un sahibi 50 ədəd Apple-1 kompüteri almışdı.

Chosen
76
technote.az

1Sources