“Sabah” çox yaxşı komandadır.
KONKRET.az xəbər verir ki, bunu “Makkabi”nin (Hayfa, İsrail) baş məşqçisi Barak Baxar UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Sabah”la cavab matçı sonrası mətbuat konfransında deyib.
44 yaşlı çalışdırıcı məğlubiyyətə görə məyus olduqlarını söyləyib:
“Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Rəqibi təbrik edirəm. Qarşılaşmanın taleyini dəyişmək istəsək də, bu alınmadı. Komandamın üzvləri sona qədər mübarizə apardılar. “Sabah” çox yaxşı komandadır”.
Qeyd edək ki, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Sabah” doğma meydanda “Makkabi”yə 3:6 hesabı ilə uduzub. İlk görüşdə Bakı komandası 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq oynayan “bayquşlar” (3:2, pen) növbəti mərhələyə adlayıb.