EN

Digər ölkələrVuçiç impiçment referendumu ilə Serbiya prezidenti vəzifəsini tərk etməyə hazırdır

Serbiya Prezidenti Aleksandar Vuçiç müxalifəti parlamentın deputatlarının 70-nin (250 nəfərlik) imzasını toplamağa çağırıb, bundan sonra o, dövlət başçısına etimad haqqında referendum keçirməyə hazır olacaq.

“Report” xəbər verir ki, bu barədə Serbiya lideri xalqa müraciətində bildirib.

"Sadəcə imza toplayın, siz ki, çoxsunuz. 75-i edə bilmirsinizsə, azı 70 imza verin və mən sizə üçdə iki hissəyə çatmaq üçün lazım olan hər şeyi verəcəyəm, ilin sonuna qədər prezidentin impiçmenti ilə bağlı referenduma gedəcəyik", - o deyib.

Vuçiç vurğulayıb ki, müxalifətdə olan insanlara kömək etməyə hazırdır. O, Baş nazir, hakim Serbiya Tərəqqi Partiyasının sədri Miloş Vuçeviçə müraciət edə bilər ki, deputatlar bu tələbi qəbul etsinlər, referendum prosesindən keçməli olan Prezidentin impiçmenti proseduru başlasın.

Serbiya Prezidenti qeyd edib ki, bu prosedur həyata keçirilsə, o, bütün səsverənlərin yarısının həmin ideyanı dəstəkləməsi şərti ilə vəzifəsini tərk edəcək.

Chosen
49
far.az

1Sources