Fransanın ən yüksək audit məhkəməsi Fransa prezidenti Emmanuel Makronun İngiltərə kralı III Çarlz və Kraliça Kamilla üçün təşkil etdiyi möhtəşəm şam yeməyinə təxminən 475 min avro xərclədiyini açıqlayıb.
APA xəbər verir ki, məlumatda həmçinin bu xərcin ölkənin illik büdcəsində ciddi boşluq yaratdığı bildirilir.
Fransa prezidenti Emmanuel Makronun ofisi keçən il Britaniya kralı Çarlz üçün dəbdəbəli şam yeməyi və Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla digər dövlət ziyafətləri təşkil edərkən büdcədən yüz minlərlə avro məbləğində maddi vəsait xərcləyib.
Keçən ilin sentyabrında Makron 17-ci əsrdə Versal Sarayının məşhur Güzgülər Zalında verdiyi dövlət şam yeməyində göy lobster, göbələk qratinli Bresse fransız quş əti və müxtəlif fransız və ingilis pendirləri təqdim edib.
Bu şam yeməyi Fransa dövlətinə 166 min 193 avrosu yemək və 42 min 515 avrosu içki xidmətləri daxil olmaqla 474 min 851 avroya başa gəlib.