EN

Məşhur aktyor yeni serialda

Türkiyəli məşhur aktyor Özgürcan Çevikin yeni layihəsi bəlli olub.

“Cebheinfo.az” xəbər verir ki, o, yeni mövsümdə başlayacaq “Annem, Ankara” serialında rol alacaq.

Özgürcan Çevik layihədə “Suphi” obrazına həyat verəcək. Məşhur aktrisa Bergüzar Korelin baş rolda olacağı ekran işi sentyabr ayında “Kanal D”-də yayımlanmağa başlayacaq. Serialın çəkilişlərinə isə bu ayın ortaları başlanılacaq.

Qeyd edək ki, Özgürcan Çevik “Şevkat Yerimdar” filmləri ilə böyük izləyicisi kütləsinin sevgisini qazanıb. O, hətta daha sonra “Şevkat Yerimdar” adlı serialla da tamaşaçıların qarşısına çıxıb.

Chosen
56
cebheinfo.az

1Sources