EN

74 kq arıqlayan gənci tanıyan olmadı: Polis bölməsinə aparıldı - FOTOlar

Türkiyədə çəkisi 146 kiloqram olan 25 yaşlı vizajist Çağlar Kumlutaş sağlamlığı ilə problemlər yaşamağa başlayıb və mədə əməliyyatı etdirməyə qərar verib.

Əməliyyatdan sonra 74 kiloqram arıqlayan və hazırda 72 kiloqram olan Kumlutaş, həmçinin çox sayda silsilə plastik əməliyyatlardan da keçib və yeni bir insana "çevrilib".

Milli.Az bildirir ki, bu barədə oxu.az "Haber Global"a istinadən bildirir.

Məlumata görə, dəyişiklikdən sonra şəxsiyyət vəsiqəsini yeniləmək istəyən gənc səlahiyyətliləri özünə inandıra bilməyib. O, polis bölməsinə aparılıb və DNT testi ilə kimliyini sübut etmək məcburiyyətində qalıb.

Çağlar Kumlutaş əməliyyatdan sonra insanların onu tanımadığını deyir.

"Ətrafımdakı insanlara özümü mən tanıdıram. Pasportumu yeniləmək üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinə getdim. Orada polislər məni bölməyə apardılar. Polis bölməsində ifadəmi aldılar, ailəm gəldi.

Əslində problem qeydiyyat şöbəsindəki cihazdadır, normal halda cihaz vasitəsilə köhnə fotoşəkillə yeni fotoşəkil arasındakı oxşarlıq ölçülür və oxşarlıq 20 faiz olmalıdır. Məndə 3 faiz oxşarlıq çıxdıqda əməkdaşlar polisə məlumat verdilər. DNT testi və ailəmin təsdiqi ilə şəxsiyyət vəsiqəm və şəxsiyyətim yenilənmiş oldu", - deyə o, yaşadıqlarını danışıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Chosen
152
7
milli.az

10Sources