EN

Qərb ABŞ-ın Ukrayna ilə bağlı planın olmadığını açıqladı

Ağ Evin Ukraynanın qələbə qazanmasına kömək edəcək fəaliyyət planı yoxdur.Elchi.az xəbər verir ki , ABŞ-ın Ukrayna ilə bağlı planının olmadığını Amerika Quincy İnstitutunun Avrasiya proqramının direktoru Anatol Lievenin  yazdığı məqalədə qeyd edib.“ABŞ prezidenti Co Bayden administrasiyasının strategiyanı Konqresə təqdim etmək niyyətindən hələ də əsər-əlamət yoxdur. Bu, istər-istəməz belə bir strategiyanın əslində mövcud olmadığına dair şübhələrə gətirib çıxarır”.Onun sözlərinə görə, Ukrayna münaqişəsi ilə bağlı ciddi daxili müzakirələr hətta Amerika liderinin administrasiyası çərçivəsində aparıla və ictimaiyyətə açıqlana bilməz, çünki bu, ABŞ-ın indiki siyasətinin böyük hissəsinin əsaslandığı yanlış və boş fərziyyələri üzə çıxaracaq.Havar Şəfiyeva

Chosen
38
1
elchi.az

2Sources