EN

Premyer Liqada nəzərdə tutulan oyunlardan birinin yeri dəyişdirilib

Premyer

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Premyer Liqasının I turunda nəzərdə tutulan “Şamaxı” – “Sabah” oyununun yeri dəyişdirilib.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi Konfrans Liqasında təmsil edən “tələbələr”in III mərhələdə üz-üzə gələcəyi “Sent-Patriks Atletik”lə (İrlandiya) oyuna daha yaxşı hazırlaşması və mümkün zədələrin qarşısının alınması məqsədilə qarşılaşma avqustun 4-də saat 17:30-da “Bank Respublika Arena”da baş tutacaq.

Chosen
81
1
azertag.az

4Sources