EN

Daxili siyasətGəncədə vətəndaşların seçki hüququna həsr edilən tədbir keçirilib

Gəncə şəhərində “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda tədbir baş tutub.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar parlament seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Gəncədə tədbir keçirilib.

Toplantıda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və Gəncədə, o cümlədən, ətraf rayonlarda fəaliyyət göstərən seçki komissiyalarının üzvləri iştirak edib.

A.Səfixanlı təşkil olunan tədbiri məqsədi haqqında bunları deyib:

“Tədbirin keçirilməsində məqsəd dairə, məntəqə seçki komissiyaları üzvlərinin peşə və hüquq mədəniyyətinin artırılması, həmçinin seçki günü müşahidəçi olan şəxslər üçün qanunda nəzərdə tutulan hüquqların realizəsinə şəraitin yaradılması ilə bağlı onları maarifləndirməkdir”.

Chosen
59
far.az

1Sources