EN

Ukrayna savaşı rusiyalı milyarderləri varlandırır

Bloomberg yazır ki, rusiyalı milyarder iş adamlarının ümumi əmlakı 24,29 milyard dollar artıb. Hesablama onlara aid olan şirkətlərin səhmlərinin qiymətlərinin hesablandığı Bloomberg Milyarderlər İndeksinə əsasən aparılıb.

Bu məlumatlara görə, bu ilin əvvəlindən “Eurochem” və “SUEK” şirkətlərinin həmtəsisçisi Andrey Melniçenko 6,37 milyard dollar zənginləşib. Onun sərvəti hazırda 25,2 milyard dollardır. “Severstal” şirkətinin təsisçisi Aleksey Mordaşovun aktivləri 5,89 milyard dollar artaraq 26,8 milyard dollar təşkil edib. “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun aktivləri 3,24 milyard dollar artaraq 27,9 milyard dollar təşkil edib. Əlişir Usmanov isə əksinə, “kasıblaşdı”. O, 4,85 milyard dollar ziyana düşüb və hazırda əmlakı 16,2 milyard dollardır.

Chosen
54
veteninfo.az

1Sources