EN

"DAK 1904"ün futbolçusu "Zirə" ilə matç haqda: "Birini vursaydıq, nəticə tamam başqa cür olardı"

Slovakiyanın “DAK 1904” klubunun yarımmüdafiəçisi Kristian Herts Konfrans Liqasının təsnifat mərhələsinin 2-ci turunun cavab oyununda “Zirə”yə Dunayska Stredadakı məğlubiyyəti (1:2, ilk oyun - 0:4) şərh edib.

Sportal.az “Sportky” portalına istinadən xəbər verir ki, Kristian təmsilçimizlə görüşdəki nəticə haqda bunları deyib:

"Azərbaycandan pis nəticə ilə qayıtmışdıq. Amma “Zirə” ilə ev oyununda möcüzənin baş verə biləcəyinə inanırdıq. Fasiləyə qədər təxminən dörd zərbə vurduq. Bəlkə də heç olmasa epizodlardan birini vursaydıq, nəticə tamam başqa cür olardı. Oyunumuzu qiymətləndirmək mənim üçün çətindir. Amma rəqib çox yaxşı olsa da, yaxşı matçlarımız oldu. Xüsusilə də, evdə yaxşı oynadılar".

Chosen
60
sportal.az

1Sources