EN

Macarıstan Paks AES-in tikintisi fonunda rusların girişini asanlaşdırır – ÖZƏL

Macarıstanın ruslar, xüsusən də Paks Atom Elektrik Stansiyasının (AES) yeni bloklarının tikintisində iştirak edən mütəxəssislər üçün iş vizalarının verilməsini sadələşdirmək üçün səbəbləri var.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə ekspert bildirib.

İyulda məlum olub ki, Budapeşt Rusiya, Belarus, Moldova, Şimali Makedoniya, Monteneqro, Bosniya və Herseqovina vətəndaşları üçün iş vizalarının verilməsi prosedurunu sadələşdirib. Əvvəllər bu şərtlər Serbiya və Ukraynaya şamil edilirdi.
"Paks AES-in yeni bloklarının tikintisi davam edir. Təbii ki, bir neçə həftə, ay və ya ildən sonra biz Rusiyadan mütəxəssislər qəbul etməli olacağıq. Səbəblərdən biri də budur" - Gyorgy Varga deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
66
olaylar.az

1Sources