EN

Tramp ABŞ-da çevriliş elan etdi

ABŞ-ın hazırkı prezidenti Co Bayden Demokratlar Partiyası daxilində “çevriliş nəticəsində seçkidən kənarlaşdırıldı”.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın keçmiş lideri Donald Tramp Fox News telekanalına müsahibəsində bildirib.

“Bu, prezidenti devirmək üçün çevriliş idi. Bir düşünün, onun 14 milyon səsi var idi (praymerizdə), bir il təbliğat apardı, qazandı, onu qovdular. Dedilər ki, ya indi get, ya da biz bunu çətin yolla edəcəyik”, – deyə siyasətçi bildirib.

Tramp həmçinin əlavə edib ki, yeni prezidentliyə namizəd Kamala Harris haqqında aşağı fikirdədir. Onun sözlərinə görə, “Ondan Marqaret Tetçeri çıxarmağa çalışırlar, lakin o, bacarıqsızdır”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
151
23
konkret.az

10Sources